Xəbər lenti
Reklam
"Bunu televiziyada özünü pula satan insanlar etdilər"

"Mən yazıçı ailəsində anadan olmuşam, gözümü açandan evimizdə çəkilişlər olub və bizi televizorda göstəriblər. Ona görə də efirdə görünmək mənim üçün adi bir haldır".
Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə "Pərvizə görə" proqramında danışıb. Sənətçi son illər efirlərdə az-az görünməsinin səbəbini isə belə izah edib:
"Son illər televiziyada olanları gördüm və düşündüm ki, bu şeylərə qatılmaq, heç kimin əlində oyuncaq olmaq istəmirəm. Söhbət son 15-20 ildən gedir. Mənə reytinq maraqlı deyil, verilişə çıxım və sabah hamı məndən danışsın. Mən bunun yolçusu deyiləm. Reytinqi az olsun, amma hörmətli olsun. Çünki ən önəmli şey hörmətdir. 
İllər öncə "Arazbarı" layihəm işıq üzü görəndə kanallarımızın birindən təklif gəldi ki, onun təqdimatını edək. Mən də razılaşdım. Verilişə gəldim və yanımda bir ifaçı oturub ki, mən onu tanımıram. Neçə ildir səhnədəyəm onu görməmişəm. Azərbaycanda yox, Rusiyada yaşayırmış. Ya rəbbi, bu ifaçını bir təqdim etdilər ki... Mən də atası, anası olmayan bir yetim kimi kənarda oturmuşam və baxıram ki, gələn kimdir. Sonda verilişini o bağlayır və restorandakı adi şanson mahnıları oxuyur. Fikirləşdim ki, mənim burada nə işim var, niyə gəlmişəm? Adi bir iş kimi "Arazbarı" layihəm həmin verilişdə təqdim olunur. Mən anlayıram ki, o proqrama çıxmaq üçün həmin insan külli miqadarda pul ödəyib və efirə mənimlə çıxıb. Amma məni heç etdilər. O insanı birinci və sonuncu dəfə gördüm. Ondan sonra heç yerdə görməmişəm. Bunu televiziyada özünü pula satan insanlar etdilər. Amma ayıb, insaf deyilən şeylər var. Siz bunu edəndə utanmadınız? Bunun kimi şeylər var. Bir neçə dəfə olan hadisələrdir ki, başıma gəlib. Sonradan özümə söz verdim ki, bundan sonra belə olacaq. Aparıcılar deyirlər ki, çağırırıq, amma gəlmirlər. Bilin ki, niyə gəlmirik. Mən tək deyiləm, əminəm ki, bu fikirdə olan bir çox sənətkarlar var. Onların da başına bu cür hadisələr gəlib". \\Axşam.az 

Tarix: 21 oktyabr 2024
Baxış: 48

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş