Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Bu fənlər 1-ci sinif proqramından çıxarılmalıdır” — Təhsil eksperti

İbtidai siniflərin tədris proqramından valideynlər narazıdırlar. Birinci siniflərdə xarici dil, informatika fənləri keçirilir. Bəzi siniflərdə, üstəlik, Azərbaycan dilindən hərflər tam keçilmədiyi halda şagirdlərə ingilis dilindən mətn əzbərləmək tapşırılır. Ağır dərs proqramı azyaşlıları yorur, onları dərslərdən soyudur, motivasiyalarını aşağı salır. İbtidai sinif proqramı çətin olduğundan şagirdlər məcburən dərsdən sonra əlavə hazırlıq keçməli olurlar. Bu da onların evə gec saatda getmələrinə, yorulmalarına, stresə səbəb olur. Bu yaxınlarda videosu ilə gündəmə gələn ibtidai sinif şagirdinin dedikləri elə bu həqiqəti əks etdirirdi. 1-ci sinif şagirdi olan azyaşlı evə atasından da gec gedib çıxdığını söyləyərək narazılığını dilə gətirmişdi. Amma, görünür, bu reallıq aidiyyəti şəxsləri elə də düşündürmür. Əks halda illərdir davam edən bu vəziyyətin həlli üçün addım atılar, valideynlərin və şagirdlərin narazılığına son qoyulardı.    

Təhsil eksperti Elçin Muradov da orta məktəblərdə ibtidai siniflərin tədris proqramının çətin olduğunu Demokrat.az-a açıqlamasında təsdiqləyib:

“İbidai siniflərin proqramı həddindən artıq çətindir. Əlaqəsiz fənlər keçirilir, məsələn, informatika. İnformatika dərsliklərinə baxmışam, gərəksiz dərslər, məlumatlar yer alır. Kompüterlə bağlı cədvəllər verilib, hansı ki, 1-ci sinif şagirdi o cədvəllərdən heç nə başa düşə bilməz. Və ya ingilis dili fənni – dinləmə mətnləri verilir, uşaq mətni dinləyib müəllimə danışmalıdır, halbuki uşaq ingilis dilini ilk dəfədir eşidir həyatında, heç nə qavramır bu dildə. Bu fənlərin heç bir faydası yoxdur 1-ci sinif şagirdlərinə, proqramdan çıxarılmalıdır. Xarici dil kimi ingilis dili keçiləcəksə də sadəcə bəsit şeylər keçilməlidir. 1-ci sinifdə əsas fənlər ana dili və riyaziyyatdır. Daha sonra uşaqların dünyagörüşünü artırmaq üçün həyat bilgisi fənni keçilə bilər”.

Törə Zeynallı  
Tarix: 18 oktyabr 2024
Baxış: 58

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş