Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bu xəstəliyə daha çox varlılar yoluxur - Alimlər səbəbini tapdı

Alimlər kasıblara nisbətən varlıların daha çox yoluxduğu xəstəlik barədə araşdırma aparıb.

Gender.Az xəbər verir ki, hətta zənginlərin də yoluxduğu Laym xəstəliyi infeksion xəstəlikdir.

Borrelioz adlanan xəstəliyi “ulduzların xəstəliyi” də adlandırırlar. Hollivudda bir çox model və ulduzlar bu xəstəlikdən əziyyət çəkir.

Şərqi İngiltərə universitetinin alimləri bunun səbəbini belə izah ediblər:

“Zəngin və məşhur insanlar daha çox meşə və ya tala ərazisində gəzir, orda çox vaxt keçirir, mülkləri də belə zonalarda alırlar. Ona görə onları təhlükəli gənə daha çox dişləyir".

Professor Hanter bildirib ki, Kaliforniyada bu infeksiya çox yayılıb.
Xəstəlik gənənin dəriyə yapışıb dişləməsindən sonra başlayır.
Dəriyə yapışan gənə qanı srur və ağız suyundan patogen mikrorqanizmi insan bədəninə ötürür. Mikrob insan orqanizmində 5 il gizli qala bilər. Laym xəstəliyi zamanı ürək, dəri, sinir, hərəkət aparatı zədələnir, insan əlil belə ola bilər. \\BakuPost

Tarix: 15 oktyabr 2024
Baxış: 37

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş