Ermənistanın dövlət sistemində bir gündə üç istefa Baş nazir Paşinyanın anti-Rusiya xəttinə sığır.
Ermənistanın nüfuzlu “Hraparak” qəzeti yazır.
Qeyd olunur ki, hakimiyyət Rusiya Federasiyası ilə əlaqəli erməni məmurları vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir.
Qəzet xatırladır ki, oktyabrın 9-da Paşinyan “elektrik enerjisinin keyfiyyətində problemlər və onların həlli imkanlarına” həsr olunmuş iclas keçirib.
Bundan sonra Rusiya ilə əlaqəsi olan 3 məmur istefa verib:
- Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının rəhbəri Qaregin Baqramyan;
- Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan;
- İqtisadiyyat nazirinin müavini Narek Teryan. Nazir müavini təyin olunmazdan əvvəl Rusiyada vəzifələr tutub: VTB Qrupunun layihələrinə rəhbərlik edib və Rusiyada kommersiya banklarında rəhbər vəzifələrdə çalışıb. \\Ölkə.Az