Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq

Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsi 2030-cu ilədək tamamlanacaq.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının seçki proqramını təqdim edərkən deyib.

O, qeyd edib ki, uzunluğu 1155 kilometr olacaq ötürücü kabel Avropaya elektrik enerjisinin ixracına imkan verəcək, həmçinin Avropa ilə internet əlaqəsini daha sürətli edəcək.

“Bu layihənin həyata keçirilməsi çox vacibdir. Bizim tərəfdaşlarımız konkret ölkələrdir: Rumıniya, Azərbaycan, Macarıstan. Bu çox mühüm layihə onlarla tərəfdaşlıq şəraitində həyata keçiriləcək”, - İ.Kobaxidze bildirib. \\APA.Az

Tarix: 07 oktyabr 2024
Baxış: 37

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş