Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
"AQTA 4-5 gün öncədən qarşı tərəfə xəbər verir ki, yoxlama gələcək..." - Eyyub Hüseynov

Dönərxanalar, şaurma yerləri, qutabxanalar və sair bu kimi iaşə obyektlərindəki natəmizlik, qeyri-gigiyenik vəziyyətlə bağlı xəbərlər zaman-zaman gündəmə gəlir. Lakin bütün bu cür halalrın qarşısını hələ də birdəfəlik almaq mümkün olmayıb. 
Bəs belə halların qarşısını tamamilə almağın hansı yolu var?  
Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Redaktor.Az-a açıqlamasında bildirdi ki, bu cür dönərxanaların, şaurma yerlərinin mövcud olmasının ciddi səbəbi qanunvericilikdədir, çünki ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir:
"Dövlətin biznesin inkişaf siyasəti var, istehlakçı siyasəti isə yox dərəcəsindədir. Bundan narahat olan cənab Prezident istehlakçı siyasətini qorumağa cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini İqtisadiyyat Nazirliyinin tərkibindən çıxardı və Prezidentə tabe olan agentliyə çevirdi. Biz gözləyək ki, cənab Prezidentin bu əhəmiyyətli gözləntisi öz bəhrəsini verəcək. Həmin qurum fəal işləməlidir. İstehlakçıların müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunandan bəri dəyişilməyib. Bütün bu dəyişikliklər gərək baş versin ki, ölkədə mükəmməl istehlakçı siyasəti formalaşsın".
Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsində də dəyişiklik aparılmalıdır:
"Onların cəld yoxlama mexanizmi olmalıdır. Çox təəssüf ki, yoxlamaya gedə bilmirlər. Bürokratik prosedurlar var ki, gərək onlar ləğv olunsun. Biznes qurumlarının müdaxilələrinin qarşısını alınmasına dair dövlətin siyasəti ilə biz həmrəyik, lakin qida məsələlərində gərək bu siyasətdə dəyişiklik ola. Yəni AQTA istehlakçının şikayəti əsasında və yaxud müstəqil şəkildə faəl yoxlama keçirə bilsin. Təəssüf ki, bu yoxdur. Onlar planlı yoxlama keçirirlər. Yəni 4-5 gün öncədən qarşı tərəfə xəbər verilir ki, yoxlanış gələcək və nələri yoxlayacaq". 
AİB sədri qeyd etdi ki, bu siyasət dəyişmədikcə belə natəmizlik halları baş verməkdə davam edəcək.

Sevinc İBRAHİMZADƏ

Tarix: 07 oktyabr 2024
Baxış: 38

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş