Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Məşhur psixoloqdan Ağadadaş Ağayevə atmaca: "Qulağınızı ayaza verib..."

Bir müddət əvvəl balta olayı ilə gündəmə damğa vuran Xalq artisti Ağadadaş Ağayev sosial şəbəkəsində yeni videosunu yayımlayıb. Videoda onun pozitiv halda rəqs etdiyi görünür. 
Gender.az xəbər verir ki, görüntüyə çoxsaylı şərhlər gəlib. Məşhur psixoloq Gülnar Orucova da sözügedən videoya biganə qala bilməyib, şərh yazıb. Xanım psixoloq Ağadadaş Ağayevə "Qulağınız sağaldı?" sualını verib, daha sonra "Ayaza verər, sonra da həkimi məhkəməyə verəcək ki, yaxşı əməliyyat etməyib", - deyə şərh əlavə edib. 
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı xəstəxananın mühafizəçisinə balta atması ilə gündəmə gəlmişdir. Həmin vaxtı yayılan videolarda ifaçının xərçəng xəstəliyindən əziyyət çəkdiyi və qulağının sarıqda olması diqqət çəkmişdir. Hadisə ilə bağlı paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılıb. Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.  \\Referans.Az

Tarix: 03 oktyabr 2024
Baxış: 89

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş