Bir çox səyahət edənlər üçün yaxşı restoranların olması tətil yeri seçərkən həlledici amillərdən biridir. Yemək həvəskarları üçün dünyanın ən yaxşı şəhəri "TripAdvisor" tərəfindən əvvəllər Vyetnamın Hanoyu şəhəri adlandırılsa da, bu platformaya görə planetin ən yaxşı restoranı orada yerləşmir.
"TripAdvisor"ın illik Travellers Choice Mükafatlarının son reytinqinə əsasən, 2024-cü ildə dünyanın ən yaxşı restoranı Fransada - Liondan 95 kilometr və Parisdən 480 kilometr aralıda yerləşən Valens şəhərindəki üç "Mişlin" ulduzlu "Restaurant Pic" tanınıb.
"Restaurant Pic" gözəl mühit təklif edir. Çoxlu sayda orijinal yeməkləri özündə cəmləşdirən kreativ dad menyusu ilə yeməklər mükəmməl şəkildə təqdim olunur. Birinci dərəcəli xidmət və sakitləşdirici dekorasiya sizi qarşılayır, özünüzü evdəki kimi hiss edirsiniz. Onların ləzzətli səhər yeməyini qaçırmayın", deyə platforma istifadəçilərinin konsensusu bildirib.
Restoran Fransız, Avropa və sağlam mətbəx təqdim edir. Restoranın menyusunda ən ucuz təklif iki nəfərlik "Andre en son temps"dir - 92 avro. Bura üç yemək daxildir: qəlyanaltı, əsas yemək, desert. Təklif içkisizdir.
Ən bahalı təklif sə iki nəfər üçün 2032 avroya "İmmersion kulinaire"dir. Bu təklifə təkcə restoranın ən yaxşı yeməkləri ilə tanış olmaq deyil, həm də tam yemək daxil olmaqla beşulduzlu "Maison Pic" otelində iki gecəlik yer daxildir.
"TripAdvisor"ın 2024-cü ildə dünyanın ən yaxşı 10 restoranı:
1. Restaurant Pic, Valens, Fransa.
2. 1621, Kartaqena, Kolumbiya.
3. Northcote, Lanqo, İngiltərə.
4. Casa Vigil, Mendoza, Argentina.
5. Maison Medard, Buleret, Fransa.
6. Tour d'Argent, Paris, Fransa.
7. Leclere Cuisine d'Arrivage, Montpellier, Fransa.
8. Akira Back, Banqkok, Tayland.
9. The Grove, Oklend, Yeni Zelandiya.
10. Villa Crespi, Horta San Giulio, İtaliya.
Qaynarinfo.Az