Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
"Ruh Allah tərəfindən bədənimizə qoyulmuş “Çip”dir" – elmi-lədun

Ruhun saymaqla qurtarmayan funksiyaları vardır. Onlardan biri odur ki, ruh bir missiyadır və proqram funksiyasını yerinə yetirir. Yəni, proqramlar kompyuterlərə necə yüklənirsə (və ona uyğun funksiyanı yerinə yetirirsə), missiyalar da ruh şəklində insanlara yüklənir və insan özündən aslı olmadan yaşadığı dövrdə həmin missiyanı (oxu: proqramı) icra etməyə başlayır. Məsələn, insan yaranandan peyğəmbərlərə yüklənmiş missiya ötürülə-ötürülə gəlir və dünyanın sonuna qədər bu və ya digər formada davam edəcəkdir. 

Eyni zamanda, Adəmin oğlu Qabildən başlayan mənfi missiya (proqram) da zaman-zaman Nəmrudda, Fironda, Yeziddə və s insanlarda görünmüş, bu gün də görünməkdədir, qiyamətə qədər də görünəcəkdir. Allah Kainatı əksliklərin vəhdəti və mübarizəsi qanununa uyğun yaratmışdır. Əgər hamıya müsbət missiya (proqram) yükənsəydi, həyat maraqsız olardı. Bu, ona bənzəyərdi ki, yazıçı bir roman yazıb, amma, orada heç bir mənfi obraz yoxdur. Belə romanın qəhrəmanı bilinməz və onu bir səhifədən artıq oxumağa maraq olmaz... Həyat da Yaradanın qüdrət əsəridir ki, maraqlı olması üçün burada mənfi və müsbət obrazlar yaradılmış, onlara missiyalar (oxu: proqramlar) yüklənmişdir.

Yazımızın birində ruhu elektrik lampasına bənzətmişdik ki, bu "lampa" hamıda var. Ancaq, hansı insan ki, günahlardan çəkinir və Allah bəyənən əməllərlə məşğul olur, Yaradan Öz nurundan həmin insanın ruhuna (lampasına) ötürür. Nəticədə həmin əməlisaleh insan nurlanır və cəmiyyətə işıq saçmağa, doğru yol göstərməyə başlayır (ondakı müsbət missiya, proqram işə düşür)... 

Ruhu cihazlara qoyulmuş "çip"ə də bənzətmək olar ("çip" funksiyasını yerinə yetirir). "Çip" varsa, deməli onu idarə edən pult da var. Həyat təcrübəmizdən görürük ki, müsbət ruhlu (missiyalı, proqramlı) insanın pultu Allahın əlində, mənfi ruhlu insanın pultu isə, şeytanın əlində olur və özləri də bilmədən onlar tərəfindən idarə olunurlar... Hər biri öz missiyasını (proqramını) həyata keçirirlər...

Bəs necə edək ki, "pult"umuz Allahın əlində olsun və Onun tərəfindən idarə olunaq? 

Bunun üçün Tağutu (bütün günahları, şeytani işləri) inkar edib, Allaha iman gətirmək lazımdır. Gözəl işlərlə, gözəl əməllərlə məşğul olmalıyıq ki, Yaradan Öz nurundan bizim də ruhumuza (lampamıza) ötürsün və biz də aydınlanaq, nurlanaq ki, cəmiyyətə işıq saça bilək. Beləliklə, bizdəki müsbət proqram işə düşəcək və biz yaşadığımız dövrün müsbət obrazına (qəhrəmanına) çevriləcəyik. Və biz müsbət missiyanı yerinə yetirdikcə "pult"umuzun Allahın əlində olduğunu aydın hiss edəcəyik. Bu zaman "pult"u şeytanın əlində olanlar nə qədər cəhd etsələr də bizi dayandıra bilməyəcəklər və Allahın vəəd etdiyi zəfəri (qələbəni) tezliklə görəcəyik. Bu yolda hər birinizə müvəffəqiyyətlər arzu edirəm. 


Dr. Paşa Yaqub,
elmi-lədun bilicisi

Tarix: 23 sentyabr 2024
Baxış: 122

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş