"Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də, məsələn, İranda da düyü bahalaşıb. Buna səbəb iqlim şəraitidir".
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O idxal qiymətlərinin də bahalaşdığını bildirib:
"Düyü Azərbaycana əsasən Hindistan və Cənub Şərqi Asiya ölkələrindən idxal olunur. Afrika və Cənibi Asiya sahillərində tufanlar baş verib. Bu da düyü, kakao, kofe üçün uyğunsuz təbii iqlim şəraiti yaradır".
Ekspert əlavə edib ki, Hindistan düyü bazarının 40%-ni təşkil edir:
"Düyü, kakao üçün iqlim şəraitinin olmaması ona gətirib çıxardı ki, məhsuldarlıq aşağı düşdü. Kakao dünya bazarında dəfələrlə bahalaşıb. Düyüdə də bahalaşma olub. Hindistan özü bazarını qorumaq üçün ixraca məhdudiyyət qoydu".
Xalid Kərimli deyib ki, Azərbaycana 70-80% düyü Hindistandan idxal olunur:
"Basmati düyülərinin hamısı Hindistandan gəlir. Bu da ölkədə düyünün bahalaşmasına gətirib çıxardı".
Bahar Rüstəmli