Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
İlin sonunda “13-cü pensiya” veriləcək — Kimlər alacaq?

Rusiya pensiyaçılarına illik ödənişlərlə bağlı təklif ilin sonuna kimi Dövlət Dumasına təqdim olunacaq.
Gender.az xəbər verir ki, bu barədə Dövlət Dumasının vitse-spikeri Boris Çernışov danışıb.
Millət vəkili qeyd edib ki, müvafiq sənədin birinci variantı həmkarları arasında dəstəklənməyib. Lakin inflyasiyanın artması səbəbindən qanun layihəsi getdikcə aktuallaşır.
"Əhalinin pensiyaçılar kimi ən az qorunan təbəqələrinin gəlirləri qiymət artımı sürətinə uyğun gəlmir", - o bildirib.
Çernışov aydınlaşdırıb ki, onun ideyasına görə, “13-cü pensiya” hamı üçün eyni olacaq. O, yeni il ödənişinin maddi yardım kimi nəzərdən keçirilməsini təklif edib. \\Publika.az
Tarix: 20 sentyabr 2024
Baxış: 69

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş