İçki və tütün məmulatları ilə bağlı yenilik: Depozit tətbiq ediləcək
"Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı depozitin tətbiqinə başlanacaq. Burada əsas məqsəd büdcədən yayınmaların qarşısını almaqdır”.
Gender.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, vəsait təminatının həyata keçirilməsində məqsəd tranzit daşımalara nəzarəti gücləndirməkdir. Tranzit şirkətləri ödənişini mövcud qaydalar əsasında və əvvəlki məbləğdə həyata keçirəcəklər. Sadəcə təminat olaraq, yəni ödənişlərdən yayınmamaq üçün bu addım atılıb. Bu, büdcə gəlirlərinə təsir göstərə bilər:
“Dəgər əsas məqsəd isə tranzit daşımalar zamanı büdcədən yayınmanın qarşısının alınmasıdır. Əslində vəsait təminatı, büdcəyə daxiloması proqnozlaşdırılan vəsaitin büdcəyə alınmasındakı risklərin aradan qaldırılması anlamına gəlir. Belə qayda bir sıra ölkələrdə tətbiq edilir".
Tarix: 19 sentyabr 2024
Baxış: 62
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş