Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bu “iPhone”lar bloklanacaq

“Apple” oğurlanmış hissələrdən hazırlanmış “iPhone”ları bloklayacaq.
Bu haqda “BetaProfiles” məlumat yayıb.
Bildirilib ki, tərtibatçılar üçün əlçatan olan iOS 18 RC (Release Candidate) quruluşunda yeni təhlükəsizlik funksiyası aşkar edilib.
“BetaProfiles”in izah etdiyi kimi, başqa bir “iPhone”dan qeyri-qanuni olaraq götürülmüş hissə “Apple” smartfonuna quraşdırılarsa, cihaz uzaqdan bloklana bilər.
Belə ki, digər batareyanı telefonunuza daxil etsəniz, ekranda “Batareya sahibinə kilidləndi” mesajı görünəcək. Yeni funksiya “iPhone”un əsas hissələrini istifadəçi hesabına birləşdirməklə işləyir və təkcə batareyaya deyil, həm də ekrana, kameraya və digər elementlərə aiddir. \\Qafqazinfo.Az

Tarix: 13 sentyabr 2024
Baxış: 64

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş