Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Maşın alveri üçün vahid sistem yaradılacaq? - VİDEO

Avtomobil almaq bizi bir çox gündəlik əziyyətlərdən qurtarsa da, yanlış seçim bizim üçün daha ciddi problemlər yarada bilər.
Hazırda ikinci əl nəqliyyat vasitələrinə tələbat yenilərinə nisbətən daha yüksəkdir.
İkinci əl avtomobil alarkən isə bir sıra xoşagəlməz hallarla da qarşılaşırıq. Bəzən özümüz də bilmədən yeni, az işlənmiş adı altında qəza keçirmiş və yaxud əsas detalları dəyişdirilmiş avtomobillər alırıq.
"Maşının detallarını başqası ilə dəyişirlər. Oğurlayıb yerinə keyfiyyətsizini qoyurlar", - deyə sürücü Baku TV-yə mövzu ilə bağlı danışarkən deyib.
Bu kimi problemlərlə qarşılaşmamaq üçün digər ölkələrdə vahid reyestr sistemi fəaliyyət göstərir. Bəs bu sistemin xidmət göstəriciləri necə tənzimlənir?
"Belə bir sistem bir çox ölkələrdə yaradılıb. Bildiyim qədəri ilə, Azərbaycanda da bunun üçün tədbirlər görülür. Buna görə də aidiyyəti qurumlar qısqanclıq etməsə, bazanı versələr, bunu tez etmək mümkün olacaq", - deyə nəqliyyat-eksperti Elməddin Muradlı qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində:

Tarix: 11 sentyabr 2024
Baxış: 62

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş