Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Məşhur veriliş bağlandı

Space TV-nin rəhbərliyi aparıcı Amil Xəlilin aparıcısı və müəllifi olduğu "Gəl danış" sosial-kriminal verilişini bağlayıb.
Bu haqda aparıcının özü sosial şəbəkədə məlumat yayıb:
"Dostlar bu mövsümdən etibarən “Gəl, danış” sosial-kriminal layihəmiz yayımlanmayacaq. 9 il ərzində şou etdim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. Bir sözlə 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o mənəm-mənəm deyən aparıcılar “cuq-cuq” mövzularını yayımlayırdı. Bir sözlə qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq. Rəhbərimiz “Əgər millət narazıdırsa, biz etməyək” qərarını verdi. Bu mövsüm “Space TV” çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Sizlər də sözünüzün üstündə durun. Sizə hörmət edənlərə qiymət verin. Sizin narazılığınıza hörmətlə yanaşan rəhbəri, jurnalisti üstün tutun".
Amil Xəlil aparıcısı olduğu “Xəbərsiz və “Xoş gəldim” verilişləri ilə bu mövsümdə də tamaşaçıların qarşısına çıxacağını deyib. \\Musavat.com

Tarix: 10 sentyabr 2024
Baxış: 152

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş