Gəlin-qaynana problem necə həll olunmalıdır?
Qaynana-gəlin münasibətləri illərdir müzakirə olunur, lakin çıxış yolu tapılmır.
Qaynana-gəlin münasibətləri ailə daxilində aktuallığını itirməyən və daima gündəmdə olan məsələlərdəndir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, yaşlı nəsillə gənc nəslin fikri üst-üstə düşməyə bilər:
“İnsanlar yaxşı yaşamaq, ailəsini özü kontrol etmək evinin müasir dizaynda olmasını istəyir. Bu böyüklərə hörmətsizlik deyil. Hər zaman gəlin və qayınana-qayınata və gənc ailə məqamlarında sivil davranmaq lazımdır. Hörməti və aradakı pərdəni qorumaq lazımdır. Ailə həyatı qurmaq istəyən tərəflər kənar təsirlərə (xüsusilə qeybət və dedi-qoduya) əsla əhəmiyyət verməməli, bunlara qarşı bütün “qapı”ları bağlamalıdırlar. Üstəlik başqası haqqında sui-zənnə qapılmamalı, bədgüman olmamalıdırlar. Valideynlər yeni qurulan ailənin müstəqil yuva olduğunu yaddan çıxarmamalı, lazım gəldikdə onlara arxa-dayaq olmalıdır”.
Sevinc
Tarix: 29 avqust 2024
Baxış: 96
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş