Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Oteldən nəyi götürmək olar, nəyi yox? - Turizmçi danışır

Azərbaycanda otel biznesi, turizmçilik öz yüksəliş dövrünü yaşayır.
Xüsusilə yay aylarında insanlar ailəvi şəkildə müxtəlif istirahət məkanlarına gedib, otellərdə dincəlməyi seçirlər.
Lakin otel mədəniyyəti hamıda formalaşmayıb. Çoxları oteldən çıxarkən, otaqda gördüklərini çamadanlarına doldurular.
Bəs qonaqlar oteldən çıxarkən nələri götürə bilər və ya əksinə nələri götürmək olmaz?
Hit.az-ın mövzu ilə bağlı sualını cavablandıran turizm sahəsi üzrə ekspert Nailə Qarabağlı bildirib ki,  otellərdə vanna otağına  qoyulmuş gigiyenik əşyalar sabun, diş pastası, fırça, şampun, dəftər, qələmlər müştərilər üçün nəzərdə tutulub:
“Bir dəfəlik otel tərliklərini də götürmək olar. Lakin hamam xalatları, dəsmallar, yastıq və yataq örtükləri, otaqdakı elektronik əşyalar, bara qoyulmuş içkilərin götürülməsi  qadağandır. Əgər sözü gedən məhsulları müştəri özü ilə aparırsa , onun kart hesabından buna görə əlavə pul silinməlidir".

Murad

Tarix: 29 avqust 2024
Baxış: 83

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş