Daha bir ölkədə qadınlar orduya CƏLB EDİLƏCƏK
Latviyanın müdafiə naziri Andris Spruds ölkənin qadınlarını da 2028-ci ilə qədər orduya çağırmaq istəyir.
Gender.Az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
“Hərtərəfli milli müdafiəyə doğru irəlilədikcə mən qadınların milli müdafiə xidmətinə məcburi cəlb olunmasının tərəfdarıyam. 2028-ci il ona başlamaq üçün optimal vaxt ola bilər”, - deyə nazir bildirib.
Nəşrin məlumatına görə, əhalisi 2 milyondan az olan Latviya çağırışçılar təsadüfi seçilir və 2028-ci ilə qədər 4000 əsgərə sahib olmağı hədəfləyir. \\Bizim.Media
Tarix: 27 avqust 2024
Baxış: 65
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş