Məleykə Abbaszadə test imtahanları ilə bağlı iddialara son qoydu
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə test üsulun aradan qaldırılacağı ilə bağlı iddialara münasibət bildirib.
Gender.Az xəbər verir ki, DİM rəhbəri bu haqda Real TV-yə müsahibəsində deyib: “Hamı bilir ki, test üsulu ilə imtahanlarda hər kəsin biliyi düzgün qiymətləndirilir. Və bu biliyə uyğun olaraq da imtahan verən şəxs yer tutur”.
“Bu üsulda biliyin qiymətləndirilməsi şəffaf aparılır. Bu sistemdə kiməsə çətin, kiməsə asan suallar vermək yoxdur”- deyə Məleykə Abbaszadə qeyd edib.
Tarix: 21 avqust 2024
Baxış: 64
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş