Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Sosial ödənişlər hansı halda gecikmiş sayılır?

Pensiya, təqaüd, kompensasiyalar və digər sosial ödənişlərin verilməsi müəyyən olunmuş qrafikdən kənara çıxanda vətəndaşlar, pulun gecikməsi ilə bağlı, sosial şəbəkələrdə öz narazılıqlarını ifadə edən müxtəlif paylaşımlar edirlər.
Onlar hesab edirlər ki, almalı olduqları sosial ödəniş (pensiya, təqaüd və s.) təyin olunmuş qrafik üzrə vaxtında verilmirsə, bu artıq gecikmədir. Məsələn, əgər vətəndaş pensiyasını hər ayın 15-də alırdısa və bu ayın 18-də hələ də onu ala bilməyibsə, bu artıq gecikmədir. Dövlət Sosial Müdafiə Fondu (DSMF) isə bu fikirlərlə razılaşmır.
Bəs görəsən, hansı halda bütün bu (sosial, pensiya, və s.) ödənişlər gecikmiş sayılır?
Fondun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər ay pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi müəyyən olunmuş qrafik əsasında həyata keçirilir.
"Qrafikə əsasən, hər ayın 8-10-u aralığında Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə, 15-20-si aralığında respublikanın digər bölgələri üzrə, həmçinin güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyaları, 25-28-i aralığında isə sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı, təqaüd və kompensasiyalar ödənilir.
Ödəniş günləri bayram günlərinə təsadüf etdikdə isə ödənişlər bayram ərəfəsində, yəni qrafikdə nəzərdə tutulduğundan daha erkən vaxtda həyata keçirilir.
Beləliklə, bütün hallarda vətəndaşlar hər ay üzrə sosial ödənişlərini qrafik əsasında elə həmin ay başa çatmamış almış olurlar və bu sahədə heç bir gecikmə baş vermir", - deyə açıqlamada vurğulanıb.

Tarix: 21 avqust 2024
Baxış: 67

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş