Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
2 Avropa ölkəsində “qırmızı” XƏBƏRDARLIQ

Serbiya ilə Bosniya və Herseqovinada müşahidə olunan anomal istilərlə əlaqədar “qırmızı” xəbərdarlıq elan edilib.
Hurriyyet.Az xəbər verir ki, Serbiya Hidrometeorologiya İnstitutu 10 şəhərdə hava şəraitini “çox təhlükəli” kimi qiymətləndirib, temperaturun 40 dərəcəni ötəcəyini açıqlayıb. Şiddətli istinin həftə sonunadək davam edəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq olunub və ehtiyatlı olmaq tövsiyə edilib.
Bosniya və Herseqovinanın bir çox şəhərində də havanın temperaturunun 40 dərəcəni keçəcəyi bildirilib.
Mütəxəssislər anomal istilərin yaşlılar, xroniki xəstələr, klinik cəhətdən həssas insanlar və uşaqlar üçün təhlükə yaratdığı barədə xəbərdarlıq ediblər.

Tarix: 15 avqust 2024
Baxış: 58

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş