Türkiyəyə gedənlərə XƏBƏRDARLIQ: Bu olmadan ölkəyə buraxılmayacaqsınız
Türkiyə hökuməti ölkəyə gələn əcnəbilərdən barmaq izi götürməyi planlaşdırır.
Gender.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya "Sabah" qəzetinə açıqlamasında bildirib.
"Türkiyəyə girişdə, ABŞ və İngiltərədə olduğu kimi, barmaq izi götürüləcək", - o deyib.
Nazir layihənin icrasına nə vaxt başlanacağını deməyib.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 4,4 milyon əcnəbi var ki, onlardan da 3,1 milyonu Suriya vətəndaşıdır.
Tarix: 14 avqust 2024
Baxış: 73
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş