ƏDV ilə bağlı xəbərdarlıq! - Bu sayta daxil olmayın, yoxsa...
Kiberdələduzlar tərəfindən yığılan ƏDV-lərin geri qaytarılması üçün saxta "edv-almaq.com" adlı veb-sayt yaradılıb.
Gender.Az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, "edv-almaq.com" adlı veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə fin kodlarını daxil etmək, daha sonra isə ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi və hər hansı xüsusi təkliflərlə qarşılaşdıqda yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edir.
Tarix: 13 avqust 2024
Baxış: 65
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş