Ukraynada gənclər üçün xüsusi ipoteka güzəştləri tətbiq edilir
Ukraynada müharibə şəraitinə görə gənclər və digər xüsusi kateqoriyadan olanlar üçün ipoteka güzəştləri tətbiq edilir.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə Gənclər Forumunun yekunu ilə bağlı görüşdə bildirib.
"Mövcud dövlət proqramı 25 yaşdan kiçik şəxslər və qadınlar üçün ilkin ödənişi 10 %-ə qədər azaldacaq. Bu proqram payızda fəaliyyətə başlamalıdır. Hərbi qulluqçular və həkimlər, müəllimlər, hüquq-mühafizə orqanları əməkdaşları üçün illik 3%, digər kateqoriyalar üçün isə 7% güzəşt nəzərdə tutulub", - Ukrayna Prezidenti vurğulayıb.
Tarix: 12 avqust 2024
Baxış: 72
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş