Xəbər lenti
Reklam
150 bal toplamış abituriyentlərin nəzərinə!

II ixtisas qrupunda marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.
Gender.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Xatırladaq ki, II ixtisas qrupu üzrə imtahanın nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6777, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11684 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.
2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.
Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-dək davam edəcək.

Tarix: 12 avqust 2024
Baxış: 65

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş