Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Turistlər istirahət üçün ən çox hara üz tuturlar?

İnsanlar yay mövsümündə müxtəlif yerlərdə tətil etməyə üstünlük verirlər.Ölkədaxili istirahət edənlər də daha çoxdur. Amma bəzən bölgələrimizdə istirahət üçün qiymətlə bağlı problemlər yaşanır.  
Bəs, bu il hansı bölgələr istirahət üçün uyğundur? İnsanların ən çox üz tutduğu rayonlar haradır? 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən turizm eksperti Kənan Hənifəyev deyib ki, hər il olduğu kimi bu il də əsasən turistlərin yay mövsümündə ən cox getdiyi istiqamət şimal-qərb istiqamətidir:
“Şamaxı-İsmayıllı, Qəbələ, Şəki, Qax istiqamətində həm yerli,  həm də xarici turistlərin sıxlığı müşahidə edilir və digər regionlara baxdıqda faiz nisbəti yüksəkdir.  Buna baxmayaraq, bu il cənub zonasına da maraq artıb və əsasən yerli turistlərlə birgə xarici turistlərdə təşrif buyurur”.
Ekspert rayonlarda istrahət etmək üçün qiymət məsələsinə də aydınlıq gətirib: 
Qiymət məsələsində yerin az olduğu yerlərdə hər zaman qiymət defisitliyə görə yüksəlir və bu da Şimal-Qərb zonasıdır.  
Mərkəzi Aran və Qərbdə həmçinin, Cənubun bir hissəsində qiymətlər uyğundur və münasib təkliflər mövcuddur”.

Mehriban Mirzəzadə
Tarix: 09 avqust 2024
Baxış: 59

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş