Deputat olmaq istəyən Samirə Bağırova ilə bağlı qərar verildi
30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən psixoloq Samirə Bağırova ilə bağlı qərar qəbul olunub.
S.Bağırova bildirib ki, onun namizədliyi qeydə alınmayıb.
"Dairə seçki komissiyasının qərarı ilə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət etmişdim. Mənə hər şey aydın idi, dairənin qərarı qüvvədə saxlanıldı. Əvvəllər deputat kim olubsa, yəqin ki, yenə də o olacaq. Mənim yolum bura qədər idi" - o qeyd edib. \\Pravda.az
Tarix: 03 avqust 2024
Baxış: 71
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş