Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Azərbaycanda oropuş qızdırması yayıla bilər? – Professordan AÇIQLAMA

Oropuş qızdırmasının dünyada ilk qurbanı iki braziliyalı qadın olub. Bu barədə Braziliyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, ölən 30 yaşdan kiçik qadınlarda denge qızdırmasının şiddətli formasına bənzəyən əlamətlər və simptomlar olub.
Bəs bu xəstəliyin ölkəmiz üçün təhlükə arealı necə olacaq?
Tibbi ekspert Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, oropuş qızdırması hipertoniya yaradan viruslar tərəfindən törədilir:
“Oropuş xəstəliyinin əsas keçiriciləri xüsusi ağcaqanadlardır. Onlar vasitəsilə xəstəlik yayılır. Buna görə də xəstəliyin pandemiya formasında bütün dünyaya yayılma riski real görünmür. Azərbaycan üçün xüsusi təhlükə olacağını zənn etmirəm. Xəstəlik  3 və 4-cü gündən etibarən yüngül keçir. Ancaq hər hansı bir epidemik ocaq müşahidə edildikdə, ÜST bu xəstəliklə bağlı bəyanat yaydıqda istənilən halda transsərhəd zonalarına nəzarəti gücləndirməliyik. Bundan əlavə, diqqətli və sayıq olmalıyıq”.

Tarix: 26 iyul 2024
Baxış: 80

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş