Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Həddi-buluğa çatmayan vətəndaşlara nə dini, nə də dünyəvi nikah kəsilə bilməz -İlahiyyatçı

Yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxslər inzibati həbs olunacaq.                                        
Gender.Az Şərq.Az-a istinadla xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 189-3-cü maddədə əksini tapıb. Qanuna əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manat məbləğində cərimə ediləcək. Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki min manat məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Yeni qanunla bağlı fikirlərini bölüşən ilahiyyatçı Tural İrfan Şərq.Az-a söyləyib ki, bəzən yetkinlik yaşına çatmayanlara din xadimləri kəbin kəsirdi:



''İndiki qanuna görə bu mümkün olmayacaq. Alqışlayıram, yerində qəbul edilmiş qanundur. Bu, bir çox fəsadların qarşısını alacaq. Qanunlarımıza görə, müəyyən kəbin üçün müəyyən yaş məhdudiyyəti var. Həmin yaşa çatmayan vətəndaşlara nə dini, nə də dünyəvi nikah kəsilə bilməz. Gərək, indi buna çox ciddi nəzarət olunsun. Bəzən isə sənədləri qaydasında olmayan şəxslər qanuni nikahdan əvvəl dini kəbin adı verilən nikah icra edirdilər. Bu da doğru deyil. Öncə dövlətin nikahı vacibdir. Əslində dini kəbini də bu əvəz edir. Hər ikisində məqsəd şahidlərin iştirakı ilə evlənən tərəfləri ər-arvad elan etməkdir. Hazırki qanunun icrası üçün öncə, din xadimləri maarifləndirmə aparmalıdırlar. İslam dininə görə, həddi- büluğa çatdıqdan sonra evlənmək yaxşıdır. Amma bu yaş həddi hər ölkədə fərqlidir. Ölkəmizdə də nikaha icazə verilən yaş əsas götürülür. Burada heç bir problem, dinə zidd bir amil yoxdur. Əksinə tam dolğun qərardır''


Tarix: 24 iyul 2024
Baxış: 94

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş