Satışda Aİ-95 niyə tapılmır? - SOCAR-dan AÇIQLAMA
Paytaxtın bir çox yanacaqdoldurma məntəqələrində "Premium" markalı benzin (Aİ-95) yoxa çıxıb.
Gender.Az xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb.
Saytın yazdıgına görə, iyulun 15-dən Aİ-95 markalı benzinin bir litrinin qiyməti 40 qəpik ucuzlaşaraq 1,60 manat olub. Sürücülər deyir ki, bundan sonra Aİ-95 markalı benzin əksər yanacaqdoldurma məntəqələrində satışdan itməyə başlayıb, ona görə də onlar Aİ-92 markalı benzin almalı olublar.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bəzi yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzinin müvəqqəti olaraq satılmadığını təsdiqləyib. Şirkətdən verilən məlumata görə, SOCAR-ın yanacaqdoldurma məntəqələrində bu markalı benzinin satışına heç bir məhdudiyyət yoxdur. SOCAR-dan vurğulanıb ki, müəyyən günlərdə ölkəyə bu növ yanacağın gətirilməsində gecikmələr olduğu üçün bəzi yanacaqdoldurma məntəqələrində yanacaq tükənib, lakin problem tezliklə aradan qaldırılıb.
Tarix: 22 iyul 2024
Baxış: 96
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş