Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Hava nəqliyyatında baş verən qlobal böhran Ay tutulmalarına bağlanır – ELMİ-LƏDUN

“Siz günah törətməkdə həddi aşan bir qövmsiniz deyə, sizi başlı-başına buraxıb, Quranı sizə tbliğ etməkdən vaz keçməliyikmi?” Quran, 43:5
Xəbər verildiyi kimi, iyulun 19-da (2024) Dünyanın hava nəqliyyatında qlobal böhran baş verdi. Bir çox dövlətlərdə hava limanlarının fəaiyyəti dayandı, təyyarələrin uçuşu demək olar ki, iflic oldu. Səbəb kimi nizamlayıcı proqramın çökməsi göstərilsə də, elmi-lədun hesablamalarımız zamanı hadisədə ciddi qanunauyğunluqların olduğu üzə çıxdı. Hesablamalarımız göstərir ki, hadisə, həddini aşmış Yer sakinlərinə Hamısıahdan növbəti xəbərdarlıq mesajıdır. Bunu sübut edən hesablamaları izləyicilərimizə təqdim edirik:
1) Dünyada hava nəqliyyatı çökəndə 25 mart tarixli Ay tutulmasının 114-cü günü idi ki, bu da Quran rəmzi olmaqla, hadisənin Hamısıah tərəfindən olduğunu təsdiq edir.
2) Yadınıza salaq ki, 5 iyul 2021-ci il tarixdə Rusiyada 22 sərnişinin ölməsi ilə nəticələnən “AN-26” təyyarəsinin qəzası baş verdi. Bu gün (19 iyul) həmin hadisənin 1110-cu günüdür ki, bundan tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də tövbə rəmzi qalır və hadisənin tövbə etmək üçün bəşəriyyətə mesaj olduğunu bir daha sübut edir:
1110 – 555 = 555
3) Yaxın keçmişə qısa bir nəzər salaq: 9 iyul 2006-cı il. Bu tarixdə Dünyada dörd təyyarə qəzası baş verdi ki, bunlardan üçü təkcə Rusiyanın payına düşdü. Belə ki, həmin gün İrkutskdə “A-310” təyyarəsi qəzaya uğradı. Eyni gündə Rusiyaya məxsus daha bir “A-310” Ukraynaya qəza enişi etdi. Həmçinin, “TU-154” təyyarəsi qəzaya düşərək yandı.
Bütün bunlarla yanaşı, eyni tarixdə Pakistanda “Foker-27” qəzaya uğradı.


Bu dörd təyarə qəzasının baş verdiyi gün mətbuatda çıxış edərək, hər bir təyyarənin ayrıca hesablamasını verdim və bunun Hamısıahdan xəbərdarlıq olduğunu bəyan etdim. İnsanlara tövbə edib, Hamısıaha təslim olmağı tövsiyyə etdim. Əks halda daha böyük və qlobal bəlaların gələcəyini xəbər verdim. Təəssüf ki, bütün dövrlərdə olduğu kimi, indiki dövrün insanları da Hamısıahdan gələn xəbərdarlıq mesajlarını qulaqardına vurmaqdadırlar. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, bugünkü qlobal təyyarə böhranı yuxarıda bəhs etdiyim, dörd təyyarə qəzasının baş verdiyi tarixə bağlanır. Belə ki, bunlar arasında qalan günlərin sayı bir astronomik dövrdür.
Astronomik dövr nədir?
Hələ astronomiya elmi yaranmamışdan çox-çox əvvəllər kahinlər Günəş və Ay tutulmalarını əsrlər boyu qeydə almış və bunların sayı üzərində təhlillər aparmışlar. Uzunmüddətli təhlillərdən sonra müəyyən etmişlər ki, astronomik hadisələr dövrlərə bölünür və hər dövr 18 il, 11 gün, 8 saatı və yaxud, 6.585 sutkanı əhatə edir. Sonradan astronomiya elmi bu dövrü “Saros dövrü” adlandırdı.
Maraqlıdır ki, Dünyanın hava nəqliyyatı çökəndə dörd təyyarənin qəzaya uğradığı tarixdən 6.585 (!) gün keçirdi ki, bu da tam olaraq bir astronomik dövrdür (Saros dövrüdür).


NƏTİCƏ: Dünyanın hava nəqliyatında baş verən qlobal böhran təsadüfü olmayıb, Yer sakinərinə Hamısıahdan növbəti xəbərdarlıqdır: pozğun həyat tərzindən, biri-birinizə zülm etməkdən, haqqını istəyənləri şərləyib zindana saldırmaqdan əl çəkin! Hamısıahın yaratdıqlarına, tabeliyinizdə olanlara zülm etməyin, əziyyət verməyin! Çox qısa vaxtda etdiyiniz zülümlərə görə bədəl ödəyəcəksiniz!
Hesablamalarımız göstərir ki, insanların etdikləri günahlara görə cəzalanmalarına Hamısıah tərəfindən qərar verilib. Qərar yaxın aylarda icra olunacaq. Bildiyim qədər bu böyük və qlobal bəla bu ilin oktyabrında gələcək (düzgünün Hamısıah bilir).
Hazırda bəşəriyyət Lut qövmündən, Nuh qövmündən… daha harınlaşmış, daha pozğun, daha zalım, daha həyasızdırlar… Odur ki, oktyabrda gəlcək bəla da həmin pozğun, azğın, zalım qövmlərə göndərilmiş və Quranda təsvir edilmiş bəlaların bənzəri olacaq (yenidən təkrarlanacaq). Bir sözlə, yaxın aylarda insanlar layiq olduqları cəzanı alacaqlar: ya yerə batacaq, ya da başlarına daş yağacaqdır!
O kəslər sağ qalacaqlar ki, onlar bəla gəlməzdən öncə etdikləri günahlara görə tövbə etmiş olacaqlar (bəlanı görəndən sonra edilən tövbələr qəbul olunmayacaq).
“Sizdən təkcə zalımlara toxunmayacaq (günahsızları da tutacaq) bəladan qorxun”. Quran, 8:25.

Dr. Paşa Yaqub,
Elmi-lədun bilicisi, Hamısıahın qulu və carçısı

Tarix: 22 iyul 2024
Baxış: 90

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş