85 milyon insan iş yerini itirəcək - Nazir
Süni intellektin əmək bazarına təsiri nəticəsində xeyli sayda insan iş yerini itirəcək.
Gender.Az Oxu.az-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insan iş yerini itirəcək:
"Buna baxmayaraq, yeni müasir tələblərə uyğun 97 milyon yeni iş yeri açılacaq.
Bu gün əmək bazarında xeyli sayda ixtisassız işçi qüvvəsi var".
Tarix: 19 iyul 2024
Baxış: 94
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş