Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay”

Vaxtilə qızının dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin sabiq rəisi Qüdrət Şükürov qızı Aysel Şükür evlilik təklifi alıb.
Lakin blogerin 3-cü dəfə ailə qurmağa hazırlaşmağı bəzilərində qıcıq doğurdu.  
3 övladı olan blogerin daha əvvəl iki dəfə ailəli olmasını əsas gətirənlər onu tənqid etməyə başladılar. Bəziləri isə iddia edir ki, qarşı tərəf onunla məhz puluna görə ailə qurur.
Görəsən, Azərbaycanda niyə boşanmış, övladları olan xanımların ailə qurması birmənalı qarşılanmır? Bunun altında hansı psixoloji məqamlar yatır?
Gender.Az bildiir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, kişiləri boşanmış, dul qadınlar daha çox cəlb edir:
"Kişi psixologiyası qadından fərqlidir. Həmişə dul, qapalı və boşanmış qadınlar kişiləri daha çox cəlb edib. Şüuraltı qadını qurban obrazında gördüyü üçün, ələlxüsus uşağı da varsa, özünü onun mənəvi və cinsi ehtiyaclarını ödəyəcək yeganə kişi kimi hiss edir. Özünüsübut hissi kişi üçün önəmlidir. Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay. Çünki qadının artıq təcrübəsi var, az-çox öz yanlışlarını və kişi ilə rəftarı bilir. İkinci dəfə ailə qurmaq ayıb bir məsələ deyil. İlk evlilik yanlış seçim ola bilir. Həm cinsi, maddi, həm mənəvi, emosional və xarakter baxımından uyğunlaşmadıqları təqdirdə, insanlar bu gün özlərini travmatik həyat yaşamağa məcbur etmir. Artıq boşanma məsələlərinə yavaş- yavaş uyğunlaşırlar. Bu məsələ birmənalı qarşılanmasaydı, bu qədər boşanma olmazdı.
Azərbaycanda uşaqlı qadınla evlənmək bir az çətin qəbul olunur. Onun da altında çox səbəblər yatır: Ögeylik səbəbindən istismar, aqressiv davranış çox zaman vurğulanır, hərçənd ki, elə doğmalar tərəfindən də bu davranışlar baş verir.
Bu ögey ya doğma məsələsi deyil, insan keyfiyyətinin göstəricisidir".
Psixoloq blogerlərin daim şəxsi həyatı ilə gündəmə gəlməsini tənqid edib və bunun gənclərə pis örnək olduğunu da qeyd edib:  
"Blogerin məsələsinə gəlincə isə təbii ki, şəxsi həyatı ilə gündəmə gəlməyin altında  diqqətə ehtiyac duyması, özünüsübut dayanır. Təbii ki, Azərbaycan gəncləri üçün yaxşı örnək deyil desək də, müasir dünyada hər şey adi qarşılanır. Yəni evlilik təklifinin, imzanın  ilk dəfəsinin həyəcanını anlamaq olar və paylaşmaq olar. Amma 3 kişi ilə yatmağa evlilik adı yapışdırmaq, nə mənəvi dəyərlərə, nə də qadına uyğunlaşmır. Yəni hər kəsin şəxsi həyatı var, ola bilər 15 dən artıq münasibəti olsun. Amma bunu cəmiyyətə göstərməyin adı yoxdur. Bu, boşanmanı təbliğ etməkdir. Adətən məşhur ulduzların da bəziləri şəxsi həyatı ilə gündəmə gəlməyi sevir.  Hollivud ulduzu Cennifer Lopez uzun illərdir bu şəkildə trenddə qalmağı sevir. Kimi ağlı ilə, kimi sənəti ilə, kimi isə göstərməyə bir şey qalmadıqda şəxsi həyatını mərkəzə gətirərək aradakı boşluğu doldurur. Həqiqi hisslər qorunur, gizli saxlanılır. Bu hisslər cəmiyyət üçün deyil, ürək üçündür".

Tarix: 17 iyul 2024
Baxış: 118

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş