Quraqlıqları bir il əvvəldən təxmin etmək mümkün olacaq
"Sberbank" və "Skoltech" tədqiqatçıları süni intellekt (AI) texnologiyalarından istifadə edərək iqlim məlumatlarına əsaslanan quraqlığın proqnozlaşdırılması modellərini təklif ediblər.
Gender.Az lenta.ru-ya istinadən xəbər verir ki, tədqiqat “Environmental Modeling & Software” adlı ilk dördlük elmi jurnalda dərc edilib və ilkin çapı arxiv onlayn kitabxanasında əldə etmək mümkündür .
Model bir neçə aydan bir ilə qədər olan dövrlər üçün orta və uzunmüddətli quraqlıq proqnozları verməyə qadirdir. Həll məkan-zaman neyron şəbəkələrinin və mövcud aylıq iqlim məlumatlarının istifadəsinə əsaslanır və müasir neyron şəbəkə yanaşmalarını klassik metodlarla birləşdirir.
Texnologiyalar müxtəlif qitələrdə və müxtəlif iqlim zonalarında yerləşən beş regionun məlumatları üzərində sınaqdan keçirilib. Yeniliyin kənd təsərrüfatı müəssisələrinə öz fəaliyyətlərini planlaşdırmaqda, sığortaçılara və banklara isə müvafiq risklərin qiymətləndirilməsində və korporativ borcalanların kredit reytinqlərinin aydınlaşdırılmasında kömək edəcəyi gözlənilir.\\Redaktor.Az
Tarix: 16 iyul 2024
Baxış: 106
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş