Ucuzlaşan Aİ-95-ə təlabat artıb... - BENZİN QITLIĞI qapıdadır?
Ötən gündən etibarən ölkədə Aİ-95 markalı benzinin qimyəti 2 manatdan 1 manat 60 qəpiyə endirilib. Bu da Aİ-95 markalı benzinə olan təlabatı artırıb. Vətəndaşlar arasında keçirilən sorğular nəticəsində bu markalı yanacaqdan istifadə edənlərin sayında kəskin artım olduğu müşahidə olunur.
Gələcək dövrlərdə təklifin təlabatı qarşılamaması baş verə bilər? Qiymət ucuzlaşması fonunda qıtlıq yarana bilər?
Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Referans.Az-a açıqlamasında bu sualları cavablandırıb.
“Əslində, indiyə qədər olan statistika tam başqa mənzərədən xəbər verir: 2014-cü ildə Azərbaycanda 76 min tona yaxın Ai-95 markalı benzin istehlak edilmişdisə, 2023-cü ildə bu göstərici 86 min ton təşkil edib, amma həmin dövrdə ölkədəki avtomobillərin sayı 800 mindən çox artıb. 2024-cü ilin 5 ayında isə istehlakçılar cəmi 34 min ton Ai-95 markalı benzin alıblar. Hazırda Ai-92 və Ai-95 arasında qiymət fərqinin hər litrdə 50 qəpik olması yüksək oktanlı benzinə olan tələbatın artımı qarşısında “psixoloji mane” olaraq qalmaqdadır”.
Ekspert bildirib ki, hazırda Aİ-92 markalı benzinin “Avro-5” standartlara cavab verən keyfiyyətə çatdırılması Azərbaycanda bu yanacaq növünün ölkə bazarında əsas yanacaq olaraq qalmasını şərtləndirən əsas amildir.
“Əgər ölkə daxilində bu il 1, 45 mln ton benzin istehlak ediləcəksə, onun maksimum 100 min tonu Ai-95-in payına düşə bilər, yəni təqribən 7%-i”.
Fidan Vəlisoy