Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi

İyulun 13-15-də bölgələrdə gözlənilən fasilələrlə küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı və narıncı xəbərdarlıq verilib.
Xidmətdən Gender.az-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Babək, Şahbuz, Kəngərli, Samux, Şəmkir, Ağstafa, Tovuz, Daşkəsən, Göygöl, Zaqatala, Qax, Şəki, Balakən, Zərdab, İmişli, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Yevlax, Bərdə, Tərtər, Ağdam, Biləsuvar, Neftçala, Salyan, Hacıqabul, Qobustan, Cəlilabad, Lerik, Yardımlıda şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Narıncı xəbərdarlığa əsasənisə Ordubad, Culfa, Goranboy, Gəncə, Mingəçevir rayonlarında şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.

Tarix: 12 iyul 2024
Baxış: 103

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş