Redaktor seçimi
    Ermənistanla ABŞ hərbi təlimlərə başladı - Xəbərlərin 20:00 buraxılışı
Xəbər lenti
Reklam
“WhatsApp”a süni intellektlə foto redaktə funksiyası əlavə olunacaq

Məşhur messencer olan “WhatsApp” “Meta AI” süni intellektindən istifadə etməklə istifadəçilərə fotoları redaktə etməyə və onlar haqqında məlumat əldə etməyə imkan verən innovativ funksiyanı sınaqdan keçirməyə başlayıb.
Yeniavaz.com “WABetaInfo”ya istinadən xəbər verir ki, yeni funksiya “WhatsApp”ın “Android” üçün 2.24.14.20 - ən son beta versiyasında aşkar edilib.
Bununla istifadəçilər şəkilləri təhlil edə və həmin şəkillərlə bağlı əlavə suallara cavab verə bilən “Meta”nın süni intellektinin köməyi ilə çata fotolar yükləyə biləcəklər. Məsələn, süni intellektdən fotoşəkildəki obyektləri müəyyən etməyi və ya onun mənasının izah edilməsi mümkün olacaq.
Bundan əlavə, süni intellekt çata daxil edilmiş mətn sorğuları əsasında şəkilləri tez redaktə edə biləcək. Hazırkı məqamda redaktə imkanlarının nə qədər geniş olacağı bəlli olmasa da, “WABetaInfo” qeyd edir ki, yeni funksiya istifadəçi təcrübəsinə rahatlıq əlavə edəcək və insanlara vaxta qənaət etməyə kömək edəcək.
Yeni süni intellektlə foto redaktə funksiyası hələ sınaq mərhələsindədir və yalnız “Android” üçün “WhatsApp”ın beta versiyasında mövcuddur. Onun məhdudiyyətsiz bütün istifadəçilər üçün istifadəyə verilmə vaxtı hələ açıqlanmayıb.
Tarix: 09 iyul 2024
Baxış: 97

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş