Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Gədəbəy və Tovuz kartofu niyə bazarda yoxdur?

“Azərbaycanda hər il təxminən 1milyon tona yaxın kartof istehsal olunur. İlin birinci yarısında cənub və aran bölgəsində, ikinci yarısında şimal zonasında Tovuz, Gədəbəy, Qusar, Xaçmaz kartofu bazara çıxarılır. Bu iqlimlə bağlı olan məsələdir”.  
Gender.Az bildirir ki, bu sözləri Hit.az-a Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, cənub zonasında hava tez isindiyi üçün, kartof tez yetişir. Şimalda isə havalar sərin keçdiyi üçün kartofun vegitasiya dövrü qısa olur: 
“Bu səbəbdən də Tovuz, Gədəbəy kartofu sentyabr ayında satışda olur. Hazırda Gədəbəy və Tovuzda kartof torpaqdan çıxarılmayıb. Hesab edirəm ki, ilin sonuna qədər ölkədə kartofla bağlı problem olmayacaq”.
Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 160 min 211,2 ton kartof yığılıb. Kartof yığımı ötən ilin eyni dövrü ilə müqayisədə 7% və ya 11 min 809,3 ton az olub. Ən çox kartof yığılan 10 rayonun adı açıqlanıb. Siyahıda Gədəbəy və Tovuz yoxdur.

Sevinc

Tarix: 04 iyul 2024
Baxış: 124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş