“Elmi tədqiqat elmi jurnallarda çap olunmalıdır. Elmi tədqiqatların yayımı, çapı kommersiya məqsədli olmamalıdır”.
Gender.Az bildirir ki, bu sözləri Hit.az-a təhsil eksperti İlqar Orucov deyib.
O bildirib ki, son illər dünyada elmi işlərin sosial platformalar vasitəsilə yayılması müşahidə olunur. Bu hal geniş yayılıb:
“Nəzərə almaq lazımdır ki, sosial platforma nizamsız, xaoitik bir mühitdir. Yaxşı olar ki, alimlər öz elmi işlərini sosial şəbəkə vasitəsilə deyil, ciddi platformalarda yayımlasın. Zamanla elmi işlərin paylaşımı üçün sırf rəqəmsal platforma yaradıla bilər. Ancaq biz elm adamına deyə bilmərik ki, tədqiqatını sosial şəbəkədə paylaşma. Bununla bağlı qadağa tətbiq edilə bilməz”.
Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib ki, heç bir özünə hörmət edən elm işçisi tədqiqatını sosial şəbəkədə, “Facebook” postunda dərc etmir.
Sevinc