Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Eks-deputatdan Ruhi Əliyevaya təklif: Deputatlığa namizədliyinizi verin

Etibar Hüseynov,
Eks-deputat, telejurnalist 
 
Bəri başdan deyim ki, Ruhi Əliyeva ilə heç bir tanışlığım yoxdur; nə yaxından, nə də ki, uzaqdan. Heç hansısa xeyir-şər məclisində də üz-üzə gəlməmişik.

Sadəcə FB-dəki 5000 dostumdan biridir. Və əksəriyyət kimi fəaliyyətini də sosial şəbəkə və TV üzərindən izləyirəm. Yəni bu qədərində. Vəssalam.

İndi hardasa bir müsahibəsinə rast gəldim. Xanım deyir ki: "Yazırlar ki, guya mən nə edirəmsə deputat olmaq üçün edirəm. O, adamlara deyirəm: rahat olun, deputat olmaq istəmirəm. Heç namizədliyimi də verməyəcəm. İndiyə qədər, və bundan sonra nə etmişəmsə təmənnasız etmisəm". Sitatın sonu.

İndi sual olunur "niyə də, niyə?". Niyə insanları bu qədər qısnayır, tıncıxdırır, iyrəndirirsiz? Bu xanım kimə pislik edib ki? Mən onun istər pandemiya, istərsə də Qarabağ savaşındakı fəaliyyətini görmüşəm. Bir vətənpərvər Azərbaycanlı-Türk xanımı olaraq əlindən gələni edib. (özündən 100 qat imkanlı olanlardan fərqli olaraq).

Ruhi Əliyeva nə edibsə zövqlə edib, peşəkarcasına edib. Görüntü xatirinə etməyib. Ona görə də belə bir xanimin deputat olmasını onun özü deyil, məhz biz istəməliyik. Biz ona təklif və təkid eləməliyik ki, namizədliyini versin. Əslində onun mandat alması onun özündən çox, onun seçicilərinə lazimdir. Adamın zatən heç nəyə ehtiyacı yoxdur.

Mən Milli Məclisin "mətbəxinə" bələd olan birisiyəm. Və ona görə də bu gün tam əminliklə deyə bilərəm ki, Ruhi Əliyeva bir vətəndaş olaraq orada əyləşən əksər xanım (o cümlədən də kişi) deputatlardan daha çox faydalı birisidir. Və onu da əminliklə deyirəm ki, bu gün rəhmətlik Qənirə Paşayevanın yerini qismən də olsa doldura biləcək ən layiqli namizəddir. Ona görə də niyə də olmasın. Bunun üçün də boş verin dedi-qoduları. Verin namizədliyinizi, Ruhi xanım. İnanıram ki, seçiciləriniz sizi dəstəkləyəcək. Uğurlar sizə.
Tarix: 27 iyun 2024
Baxış: 120

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş