"Bu halın baş verməsi valideyn üçün cəzadır”. İndi biz də həmin valideynləri əlavə cəzalandıraq? Zərbənin üstünə bir zərbə də biz qoyaq?”.
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov Milli Məclisin deputatı Tahir Kərimlinin "Nikah olmadan cinsi münasibətdə olan uşaqların valideynləri 5000 manat cərimələnsin" təklifini şərh edərkən deyib.
Vəkil bildirib ki, rəsmi nikah olmadan, xüsusən də 18 yaşına çatmayan gənclərin cinsi əlaqədə olması qanunaziddir:
"Çox pis şeydir. Valideyn bu məsələdə məsuliyyət daşıyır. Amma bu halların sübut olunması var. Bu ağır məsələdir. Həmin uşağın adı cəmiyyətə və ətrafına bəlli olacaq, Belə şeylər də var axı, biz həm də uşağın gələcəyini düşünməliyik”.
Əkrəm Həsənov hesab edir ki, ailə, intim məsələlərinə dövlətin müdaxiləsi çox ehtiyyatlı olmalıdır:
"Bunu isə tənzimləmək çətindir. Məsələn, bu yaxınlarda müzakirə olunan yeni layihədən danışdılar ki, əmioğlu, dayıoğlu, xalaoğlu əmiqızını, dayıqızını və xalaqızı ilə evlənə bilməz. Bu da yaxşı bir hal deyil. Amma hər kəsin öz işidir. Dövlətin buna müdaxiləsi əks nəticə verə bilər. Kəbinlə evlənəcəklər. Guya dövlət qeyri-rəsmi nigahlara müdaxilə ediə bilir ki? Yox. Yəni müdaxilə çox ehtiyatlı olmalıdır”.
Qeyd edək ki, Milli Məclisdə 18 yaşına çatmamış, rəsmi nikah olmadan cinsi münasibətlərdə olan uşaqların valideynlərinə cərimə tətbiq olunması təklif edilir. Deputat Tahir Kərimli "Belə valideynlərə 5000 manat cərimə tətbiq edilməlidir. Cəmiyyəti sağlamlaşdırmaq istəyiriksə, belə valideynlər maddi və mənəvi cəhətdən ziyan çəkməlidir”, - o qeyd edib.
Bahar Rüstəmli