Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Sevgidə ən etibarlı iki bürc - Sadiq olurlar

Astroloqlara görə, Oğlaq bürcündən olan kişilər və Əqrəb bürcündən olan qadınlar şəxsi münasibətlərdə ən sadiq, etibarlı insanlar olurlar.

Bu bürclərin sahib olduqları müsbət xüsusiyyətlər onları şəxsi münasibətlərin ən uğurlu və arzuolunan partnyorları edir.

Oğlaq bürcü altında doğulan kişilər demək olar həmişə sadiq olurlar. Onlar xəyanət etməyə ehtiyac duymurlar, başqa qadınlara enerji sərf etməkdənsə, öz eşq həyatlarını daha çılğın və əyləncəli şəkildə yaşamağı üstün tuturlar. Daim dürüst davranmağa çalışan Oğlaq kişiləri əksər qadınlar üçün ideal seçim sayıla bilərlər. Əgər bir Oğlaqla münasibət quracaqsınızsa, çox böyük səhvlər etmədiyiniz halda, sizə sadiq qalacaqlar. Yetər ki, siz də onlara qarşı səmimi davranışlar göstərin.

Əqrəb bürcü altında doğulan qadınlar da şəxsi münasibətlərin ən etibarlı insanlarıdır. Onlar münasibətlərindən problem yaranmaması üçün hər şeyi qurban verə bilərlər. Xəyanət etməyi heç vaxt ağlından belə keçirməyən Əqrəblər, eyni zamanda daim dürüst olmağı seçirlər, yalan danışaq onlar üçün daha əlverişli olsa da, partnyorlarını aldatmağı sevmirlər. Bir Əqrəb qadını ilə qurulan münasibət sizi uzun illər xoşbəxt edə bilər. \\Metbuat.Az

Tarix: 19 iyun 2024
Baxış: 98

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş