Xəbər lenti
Reklam
Ölkədən çıxışı olmayan şəxslər aeroportda borclarını ÖDƏYƏ BİLƏCƏK
Heydər Əliyev Beynəlxalq Hava limanında Elektron Ədliyyə Köşkləri yerləşdirilib.
Gender.az xəbər verir ki, bu barədə AZAL-ın "Facebook" səhifəsində məlumat yerləşdirilib.  Bu köşklər vasitəsilə vətəndaşlar borcları barədə öyrənə, onları ödəyə, eləcə də ölkədən çıxışına qoyulan məhdudiyyətləri dəqiqləşdirə bilər.
Məlumatda qeyd olunur ki, bu köşklərdən həmçinin yetkinlik yaşına çatmamış şəxslərin ölkədən çıxışı üçün razılıq ərizlərini əldə etmək mümkündür.
 
 
Tarix: 02 aprel 2019
Baxış: 417

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş