"İnsan tələsən yaradılmışdır. Ayələrimi (hökümlərimin bütün dövrlərə aid olduğunu) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!" Quran, 21:37
Elm və kamillik əsri olan 21-ci əsr başlayandan “Quran” ikinci (!) dəfə yaşanmağa başlayıb. Yəni, müqəddəs kitabda təsvir olunan hadisələrin analoqunu 2-ci dəfə görürük.
Elm əsrinin 2-ci (!) Qurban bayramı günü (22.02.2002) lədun emi ilə mənə məlum oldu ki, “Tövbə” surəsinin ilk üç ayəsindəki hökm bugünkü (2002) Qurban bayramına da şamil olunur. Belə ki, bu ayələrdə bu gün Qurban bayramı (!) olduğu vurğulanaraq, doğru yolda olmadıqları insanların diqqətinə çatdırılır və düz yola qayıtmaq üçün onlara dörd ay möhlət verilir:
“Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə.
Allahın verdiyi elmlə dörd aylıq möhlətin 22-24 iyunda (bayram 3 gündür.) bitəcəyini bildiyimdən, bu barədə o vaxtkı dövlət başçısına və xalqa açıq məktub yazıb, mətbuat orqanlarına göndərdim (5 iyun 2002-ci il tarixdə həmin müraciət “Hürriyyət” qəzetində çap olundu).
Nəhayət, 22 iyunda Cənubi Azərbaycanda baş verən 9 (!) bal zəlzələ ilə bəşəriyyətin cəzalanma prosesinin başlanğıcı qoyuldu (həmin zəlzələdə bir çox yaşayış məntəqələri tamamilə Yer üzündən silindi, yüz minlərlə insan həyatını itirdi).
Vəəd olunan bəla niyə Azərbaycanın Şimalına deyil, Cənubuna düşdü?
Oxucuda sual yaranacaq ki, 22 iyunda (2002) vəəd olunan bəla niyə Azərbaycanın Şimalına deyil, Cənubuna düşdü?
Qeyd edək ki, Qurban bayramı günü Qurandan qəbul etdiyim vəhyi “Hürriyyət” qəzetində dərc etdirəndən sonra vaxt daraldıqca, ətrafımdakı insanların (qohumların, dostların, tanışların…) heç birinin tövbə etmədiyini görüb, onları itirəcəyimdən bərk narahat oldum (bu qədər yaxın adamlarımın hamısını bir dəfəyə itirməyə psixoloji cəhətdən hazır deyildim). Odur ki, vəəd olunan günə üç gün qalmış, gecələri yatmayıb, səhərədək açıq havada dualar etdim ki, gələn bəla təxirə salınsın (insanlara möhlət verilsin), yaxud, bəla Azərbaycana enməsin…
İyunun 21-dən 22-nə keçən gecə səhərə yaxın gözümə xəfif bir yuxu getdi (sanki məni huş apardı). Bu anda göyün üzündə qalın qara buludları (bəlanı) gördüm. Yuxuda Allaha dua etdim ki, bu bəla Azərbaycanın üstündən çəkilsin. Belə deyə-deyə iki əllərimi buluda tərəf qaldıraraq, onu Azərbaycanın üstündən kənara itələməyə başladım (yuxuda əllərim sanki buluda çatırdı). Yuxuda çox dua və güc edəndən sonra, gördüm qara bulud ölkəmizin üstündən tam kənarlaşdı və göyün üzü açıldı…
Səhər yuxudan oyananda xəbərlərdən eşitdim ki, İranda 9 (!) bal zəlzələ baş veib, 22 (!) təkan qeydə alınıb, bir çox yaşayış məntəqələrinin yerində ümumiyyətlə, heç nə qalmayıb (şəhər və kəndləri sanki yer udub).
Mənə məlum oldu ki, Azərbaycan xalqına tövbə etmək üçün bir qədər möhlət verildi.
Bu gün dünyada yaşanan təbii fəlakətlərə (zəlzələ, qasırğa və daşqınlara…) bəsirət gözü ilə baxdıqda Nuh Peyğəmbərin, Lut Peyğəmbərin, Saleh və digər peyğəmbərlərin dövründə baş verən (“Quran”da təsvir olunan) hadisələrin analoqunun təkrarlandığını görürük. Yerdə baş verən bütün təbii fəlakətlər və təyyarə qəzalarının riyazi yolla biri-brinə bağlandığını və 2002-ci ildən başlanan cəzalanma prosesinin davamı olduğunu zaman-zaman məqalələrimizdə və kitablarımızda riyazi hesablamalarla sübut etmişik.
Əvvəlcə 22 iyunla (2002) bağlı verdiyimiz xəbərin doğruluğunu sübut etmək üçün daha bir neçə dəlil gətirək:
1) Elm əsrinin birinci Qurban bayramının 286-cı günü - 14 dekabr 2001-ci il tarixdə Günəş tutulub;
2) İkinci Qurban bayramının 286-cı günü - 4 dekabr 2002-ci il tarixdə Günəş tutulub;
3) Üçüncü Qurban bayramının 286-cı günü - 24 noyabr 2003-ci il tarixdə Günəş tutulub.
(Yeri gəlmişkən, qeyd edək ki, orjinal (Kəbədə və muzeylərdə qorunan) Quranın səhifələrinin sayı olan 286 ədədi Yaradanın kodlaşdırılmış möhürü (oxu: asan imzası) olraq bütün böyük hadisələrin (bayramların, astronomik hadisələrin, təbii fəlakətlərin) üzərinə vurulmaqdadır).
4) Həmçinin, 22 iyun 2002-ci il tarixinin 286-cı günü - 3 aprel 2003-cü il tarixdə də Günəş tutulması baş verib.
5) 2-ci Qurban bayramı günü verilmiş dörd aylıq möhlət başa çatan gün - 24 iyunda da (bayram üç gün olduğundan, möhlət də üç günə bitir) Ay tutulması baş verdi.
Bu və digər faktlar 22 iyun tarixinin də Qurban bayramları (tövbə günləri) ilə eyni statusa malik olmasını və 2002-ci ildə elan etdiyimiz xəbərin Allahdan olduğunu sübut edir.
Elmi-lədun hesablamalarımız göstərir ki, 2002-ci ilin 22 iyunundan başlanan Yer kürəsinin təmizlənmə prosesi bu gün də davam etməkdədir və dünyada (eləcə də Azərbaycanda) baş verən böyük zəlzələlər, təyyarə qəzaları, daşqınlar… bu prosesin tərkib hissəsi olaraq, insanlara xəbərdarlıq məqsədi daşıyır. Bildiyim qədər yaxın zamanda təmizlənmə prosesi başa çatacaq və Yerdə haqq-ədalət bərqərar olacaq.
Təmizlənmə prosesi necə baş verəcək və kimlər xilas olacaq?
Oxucunu düşündürən digər sual təmizlənmə prosesinin necə, nə vaxt baş verəcəyi və kimlərin xilas olacağıdır.
Yuxarıda qeyd etdik ki, 21-ci əsr başlayandan (21-ci surə “Peyğəmbərlər” adlandığına görə bu ədəd Quranda Peyğəmbərlik, kamillik rəmzi sayılır) Quranda keçən əhvalatlar (peyğəmbərlərin və onların qövmlərinin başına gələnlər) 2-ci (!) dəfə yaşanmaqdadır. Hazırda Yer əhlinin bir qismi Nuh qövmünün, bir qismi Saleh qövmünün, bir qismi isə, Lut qövmünün… etdiyi murdar hərəkətləri təkrarlamaqdadırlar. Hazırda bəşəriyyətin kütləvi şəkildə (71 faizdən çoxunun) bu cür yolunu azması, pozğun həyat tərzi keçirməsi Yaradanın qəzəbinə səbəb olmuşdur. Bu səbəbdən də həmin qövmlərə göndərdiyi bəlaları (aclıq, quraqlıq, zəlzələ, qasırğa, subasma, göydən daş, həşarətlər yağması…) bir qədər yumşaq formada, hazırda hər gün bir xalqa göndərilməkdədir. (O qövmlərin başına gələnlərlə Quranın 7, 11, 21, 26…-cı surələrində daha ətraflı tanış ola bilərsiniz). Bildiyim odur ki, hazırda lokal şəkildə baş verən qiyamət prosesi getdikcə intensivləşəcək və bütün dünyanı əhatə edəcəkdir... Nəhayət, bəlli bir gündə Yaradan bu pozgun, zalım, imansız insanların həyatına son verəcək, ondan sonra kamillik dövrü başlayacaqdır.
Xilaskar gələcəkmi? O, zalımlarla döyüşəcəkmi?
Oxucunu maraqlandıran digər sual “Xilaskar gələcəkmi?”, yaxud, “gəlibmi?” suallarıdır.
Bu gün bəşəriyyətin böyük əksəriyyəti hazırkı dövrün böhranlı dövr olduğunu qəbul etməkdədir və bir qismi İsanın, digər qismi isə, İmam Mehdinin (hər ikisinə Allahın Salamı olsun!) gəlişini gözləyirlər ki, əlinə qılınc alıb, zalımları qırsınlar, bunlar da xilas olsunlar…
Qeyd edək ki, bu formada zühur baş verəsi olsa (hərçənd ki, baş verməyəcək) həmin qılıncla ilk növbədə onları gözləyənlərin, gəlişi üçün dua edənlərin boynu vurulmalıdır. Çünki, onlar günahlarına görə heç də Nuh qövmündən, Lut qövmündən, Saleh… qövmlərindən geri qalmırlar.
Əslində isə, təmizlənmə prosesi Quranda təsvir olunduğu formalarda baş verəcək. Rəbbim Quranda dəfələrlə, təkrar-təkrar vurğulayır ki, siz mələk olsaydınız, sizə mələkdən peyğəmbər göndərərdim, insan olduğunuza görə öz içinizdən (sizinlə birgə yaşayan) bir nəfəri peyğəmbər seçirik ki, sizə günahlarınızı anlatsın və Allah adından sizə xəbərdarlıq etsin (gələcək bəlanı bəyan etsin).
Təəssüflər olsun ki, insanlar Quranın bu ayələrini (hökmlərini) qəbul etmirlər və göydən kiminsə gələcəyini təblig edirlər (Quranın hökmlərini qəbul etməyən hər bir kəs cəzanı haqq edir).
Bu barədə bildiyim odur ki, Qurandakı bütün obrazların (peyğəmbərərin, imamların, fironların, nəmrudların, Dəccalın) prototipləri artıq aramızdadır və pərdələnmiş şəkildə öz işlərini görməkdədirlər. Yəni, Nuh, Saleh, Lut… peyğəmbərlər (hamısına Salam olsun!) öz qövmlərinin günahlarını özlərinə izah edib, necə döru yola dəvət edirdilərsə, tövbə etməyənlərin cəzalanacağını necə bəyan edirdilərsə, indi də aramızda eyni missiyanı davamlı şəkkildə yerinə yetirən insanlar var…
Həmin peyğəmbərlərin sözünə baxmayan qövmlərə necə bəla gəldisə, həmin bəlalar indiki qövmlərə (xalqlara) də gəlməkdədir və bizlər bunu hər gün televiziyalardan, yaxud internetdən izləyirik… Sadəcə, çoxları ağlına gətirmir ki, məsələn, Türkiyəni, Yaponiyanı... dağıdan zəlzələ, Amerikanı dağaıdan qasırğa… sabah onun yaşadığı şəhərdə (kənddə) də baş verə bilər və Allah pozgun, zalım xalqları məhv etdiyi kimi, indikiləri də məhv edə bilər...
Məgər indi sizə rəhbərlik edənlər Firoondan, Nəmruddan azmı zülm edirlər? And olsun ki, onlardan qat-qat artıq zülm edirlər və indiki rəhbərlərin zülmünü və əxlaqsızlığını ancaq Dəccalla müqayisə etmək olar (əslində onlar Dəccalın prototipi, məncə elə özüdür!). Firoon və Nəmrud öz dövrünün peyğəmbərlərini (İbrahimi, Musanı…) öz saraylarında qəbul etdi və dinlədi, onların təkliflərini saray əyanları ilə müzakirə etdi (təklifi qəbul etməsələr də). Siz öz rəhbərlərinizi onlarla müqayisə edin, görün hansısa ağıllı adamı qəbul edib, onun öyüd-nəsihətini dinləyərmi (bunu təsəvvür edə bilirsinizmi)? Elə isə, bu insanlar hansı ağılla Dəccalın gələcəyini gözləyirlər (Dəccal sizin başınızın üstündə deyilmi, ibadət yerlərində dayanmadan ona dualar etmirsinizmi)?
Bugünkü “Qurban” bayramı (bayram üç gündür) əslində tövbə günüdür - tövbələrin qəbulu üçün böyük şans olan gündür. İnsanlarımız fürsəti qaçırmayaraq, günahlarına görə tövbə etməli, bizdən əvvəlki qövmlərin etdiyi və Allahın qəzəbinə sbəb olan əməllərə son qoymalı, vəzifədə olanlar özlərindən aşağı təbəqələrlə mülayim davranmalı, haqqı, ədaləti bərqərar etməlidirlər. Əks halda tezliklə gələcək (Quranda təsvir olunan) böyük bəladan canınızı qurtara bilməyəcəksiniz!
Bir şəhəri su basanda oranın əhalisi evin üstünə çıxıb ağ bayraq qaldıranda FHN-nin xilasediciləri helikopterlə gəlib, onu xilas edə bilirlər. Evin zirzəmisinə girən adamı isə, xilas edə bilmirlər.
İnsanların Allahdan gələn bəladan xilası da təxminən bu formada baş verəcəkdir. Yəni, kim ki, bəla gəlməzdən öncə tövbə edib, günah işlərinə son qoyub, o şəxs damın üstünə çıxıb, ağ bayraq qaldırana bənzəyir ki, onu xilas etmək çox asan olacaq. Tövbə etməyənlər isə, daşqın zamanı zirzəmidə gizlənənlərə bənzəyirlər…
Tövbə edib, Haqqa təslim olmayanları kimsənin xilas etməsi mümkün deyil! Nuh öz oğlunu xilas edə bildimi? Lut öz ailə üzvlərini xilas edə bildimi? Xeyr! Deməli, Xilaskar bizim doğmamız, sevdiyimiz şəxs olsa belə, (tövbə etməsək) onun bizi xilas etməsi mümkünsüzdür. Yalnız tövbə etmiş adamları Allah kiminsə əliylə xilas edəcəkdir.
Daşqın zamanı ağ bayraq gtürüb dama çıxan adam üçün helikopterlə gələn xilaskarın (FHN əməkdaşının) adının nə olması maraqlı olmadığı kimi, indiki dövrdə də bizə Allahdan gələn bəladan xilas yolları göstərən adamın adının nə olması maraqlandırmamalıdır. Sadəcə, ağıllı adam olması və dediklərinə nümunə olması (dediklərinə özü əməl etməsi) bizə kifayət etməlidir ki, tövbə edib, günahlarımıza son qoyaq. Çünki, 2002-ci ildə Azərbaycan xalqına verilmiş möhlət artıq başa çatmaq üzrədir. Çox güman ki, bu dəfə bəlanın günü dəqiq deyilməsin və qəfil gəlsin. Ona görə də, bizim üçün ən düzgün hərəkət bu olar ki, tövbə edək və Allahın bəyənmədiyi əməllərdən, hərəkət və davranışlardan uzaq duraq!
Qurban bayramlaı ilə əlaqədar hesablama apararkən məlum oldu ki, 2oo2-ci ildə olduğu kimi, 2o2o-ci ildən sonrakı illərdə də (dörd il) Qurban bayramlarından dörd ay (120 gün) sonra Ay tutulub. Bunu aşağıdakı cədvəldən görmək olur.
1) 2020-ci ilin Qurban bayramından 4 ay (120 gün) sonra Ay tutulub (30.11.2020).
2) 2021-ci ilin Qurban bayramından 4 ay sonra (19 noyabrda) Ay tutulub.
3) 2022-ci ilin Qurban bayramının da 120-ci (4 ayın tamaminda) günü (8 noyabrda) Ay tutulması baş verib və ilin 313-cü gününü əhatə edib.
4) 2023-cü ilin Qurban bayramından sonra - dörd ayın tamamında (28 oktyabrda) Ay tutulması baş verib.
5) Bu ilki Qurban bayramının 120-ci günü (12-14 oktyabr) ilin 286-cı gününə düşür ki, bu ədəd orjinal Quranın səhifələrinin sayı olmaqla. Yaradanın rəqəmsal imzasıdır (bütün böyük hadisələrin üzərinə vurulur)
\
Bütün bunları nəzərə alıb, 9-cu surədə Qurban bayramı günü verilmiş 4 aylıq möhləti bir daha diqqətinizə çatdırıram:
“Böyük Həcc günü (Qurban bayramı günü) Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə bir xəbərdarlıq: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz”. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Kafir (günahkar) olanları şiddətli bir əzabla müjdələ!” Bax: “Tövbə” (9) surəsinin ilk üç ayəsinə.
Qeyd: 23 il qabaq bəla gələrkən gecələr yatmayıb dua etdim ki, insanlara möhlət verilsin. Dualarımın qəbul olmasına baxmayaraq, möhlət verilmiş insanlar (həm vəzifəlilər, həm də vəzifəsizlər) mənə olmazın (sizin təsəvvür etməyəcəyiniz, ağlınıza gəlməyəcək dərəcədə) zülümlər verdilər. Haqqımda ölüm fətvası verildi… Öldürə bilməsələr də tısbağa ağzıyxarı qalanda necə olarsa, illərlə o vəziyyətdə qaldım. Nəhayət Rəbbim məni qorumaq üçün Elmi-lədun verdi və həkimlik qabiliyyəti verdi. Bundan sonra edilən zülmlər qismən azalsa da, xalqıma edilən zülm və işgəncələr, şərlənib həbs olunmaları… məni üzməkdədir. Açığı daha möhlət üçün dua etmirəm; əksinə, bəlanın tez gəlməsinə dua edirəm. Çünki, qalan ömrümü insan kimi yaşamaq istəyirəm. Bir sürü günahkara görə bütün ömrümü çabalamaq fikrim yoxdur.
Yaşamaq istəyənlər zəhmət çəkib tövbə etsinlər və doğru yol tutsunlar. Həyat təcrübəmdən bilirəm ki, bu elə də çətin iş deyil, normal insani yaşayışdır.
O ki, qaldı dörd ayın tamamında (bu ilin oktyabrın 12-14-də) nə baş verəcəyinə, bu barədə növbəti yazılarımızda bəhs edəcəyik.
P.S. əgər övladlarınızın və yaxınlarınızın bu cəzalanma prosesindən salamat qurtulmasını istəyirsinizsə, onda bu yazını onlara da göndərin. Belə etsəniz onlar üçün xilaskar olarsınız.
Dr. Paşa Yaqub,
Elmi-lədun bilicisi, Allahın qulu və carçısı