Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Şad Xəbər! Sabahdan Azərbaycanda internet ucuzlaşır - Yeni tariflər

"Aztelekom" MMC və "Baktelecom" MMC internetin sürətini artırır.
Gender.Az bu barədə şirkətin saytına istinadla xəbər verir.
Qurumlar iyunun 1-dən etibarən qiymətləri sabit saxlamaqla GPON (Gigabit Passive Optical Network - Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan 30 Mbit/s internet sürətini 40 Mbit/s-ə, 50 Mbit/s internet sürətini isə 60 Mbit/s-ə qədər artıracaq.
Qeyd edək ki, "Aztelekom" və "Baktelecom" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsinin əsas tərəfdaşlarındandır.
Layihə çərçivəsində ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə minimum sürəti 35 Mbit/s olan genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.
Azərbaycanda ümumilikdə 2,29 milyona yaxın ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı təmin edilib. Bu da ölkədə olan təsərrüfatların 78%-ni təşkil edir. Bakı şəhərində isə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 90,2%-nə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb.
Görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Yeni sürət "Aztelekom"
GPON xidmətləri
Qiymət
1
40 Mbit/s
İnternet
İnternet + telefoniya
İnternet + Rəqəmsal TV
İnternet + Rəqəmsal TV + telefoniya
18 AZN
21 AZN
24 AZN
27 AZN
2
60 Mbit/s
İnternet
İnternet + telefoniya
İnternet + Rəqəmsal TV
İnternet + Rəqəmsal TV + telefoniya
26 AZN
29 AZN
32 AZN
35 AZN
Tarix: 30 may 2024
Baxış: 130

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş