Kanalda boğulan hərbçimiz bu RAYONDANDIR
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.
Gender.az-ın məlumatına görə, vəfat edən hərbçi Xaçmaz rayonun Köhnə Xudat kənd sakinidir. O, 2002-ci ildə sözügedən kənddə anadan olub.
Məlumata görə, hərbçi İkinci Qarabağ müharibəsində də iştirak edib. O, Suqovuşan istiqamətində döyüşlərə qoşulub.
Hadisə ilə bağlı araşdırma aparılır. // Modern.az
Tarix: 27 may 2024
Baxış: 127
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş