Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Torpaq almaq üçün ipoteka krediti verilir? (VİDEO)


Bakıda torpağın qiyməti bahalaşmaqda davam edir. Qiymətlər hər kəs üçün əlçatan olmadığından torpağı ipoteka ilə almaq istəyənlər də kifayət qədərdir. Bəs bu hal qanunvericiliklə necə tənzimlənir?

Gender.Az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, torpağın ipoteka ilə alınması dünya təcrübəsində geniş yayılıb. Ölkəmizdə isə topraq ipotekası hazırda yalnız kommersiya bankları tərəfindən verilir.  

Azərbaycan Banklar Assosiasiyasının hüquq ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, kommersiya banklarına torpaq krediti üçün müraciət edənlər var.

Onun sözlərinə görə, dövlət banklarında torpaqların ipoteka ilə alınması isə nəzərdə tutulmayıb, amma istisnalar var.

Şərtlərə gəlincə, mütəxəssis qeyd edib ki, ipoteka ilə bağlı bütün prosedurlar eynidir. Sadəcə burada mənzilin əvəzinə torpaq qiymətləndirlir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Tarix: 22 may 2024
Baxış: 112

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş