Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bu bankların adı siyahıda: Hansı bağlana bilər?

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin aprel ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb.
Bildirilir ki, cari ilin aprel ayında Azərbaycanda ən çox şikayət edilən bank 5.70 indeksi ilə “Bank VTB Azərbaycan” seçilib.
Qeyd edək ki, siyahıda "Bank of Baku" ikinci (4.94 indeksi), “Yapı Kredi Bank Azərbaycan” isə üçüncü (4.79 indeksi) olub.
Maraqlıdır, reytinqi aşağı olan bankların taleyi necə olacaq?
Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, bank xidmətlərindən istifadə üzrə şikayət indeksi dəyişkən olur və heç bir hüquqi əsası yoxdur:
“Sadəcə olaraq, ən çox müştərisi olan banklardan biri məhz “Bank of Baku”dur. O bankdan da əsas şikayətlər müştəri narazılıqlarıdır.  Ola bilər ki, yaxın gələcəkdə reytinq dəyişsin. Amma indiki halda hər hansısa bankın bağlanmasına səbəb olacaq deyə, xarakterizə oluna bilməz”.
Ekspert bildirib ki, növbəti aylarda müştəri narazılıqların aradan qaldırılması üçün adıçəkilən banklar öz üzərində çalışacaq:
“Hər bir bank öz üzərində çalışmalıdır. O cümlədən, reytinqi aşağı olan banklar. Əgərləri sözügedən banklar öz üzərlərində çalışarsa, növbəti reytinq cədvəlində ön sıralarda ola bilərlər”.//cebheinfo.az

Tarix: 20 may 2024
Baxış: 96

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş