Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
400 min manata məscid tikdirdiyi deyilən Əməkdar artist: “Məni dilə-dişə saldılar”

Əməkdar artist Yusif Mustafayev 400 min manata tikdirdiyi deyilən məscidlə bağlı yaranan məsələyə aydınlıq gətirib.
Gender.Az xəbər verir ki, müğənni “Qaynarinfo”ya açıqlamasında bildirib ki, bu məsələ ətrafında deyilənlərin heç bir əsası yoxdur:
“Heç olmasa 2 milyon yazardılar. 3-4 ildir ki, orada iş gedir. Müğənni adamam, haradandır bu qədər pul, 400 min ey. Mənim imkanım olsaydı, elə onu bir aya tikdirərdim də. Balaca bir məsciddir”. 
Sənətçi deyib ki, bu məlumatı həmkarları yayıb:
“Məlumatı gizlin saxladım, amma müğənni dostlarım çəkib “TikTok”da paylaşıblar. Dedim ki, etməyin, Allahın evidir. Amma kimə deyirsən, məni dilə-dişə saldılar. Biabır oldum. 400 min pulum olsaydı, özümü dünyanın xoşbəxti sayardım. Bu addımla xalqıma xidmət etmişəm”.
Qeyd edək ki, Əməkdar artist Yusif Mustafayevin doğulduğu Cəlilabad rayonunun Hacıismayıllı kəndində tikdirdiyi məscidin qiyməti açıqlanıb. Məlumata görə, məscidin inşasına bu günə qədər 400 min manat vəsait sərf olunub. Məbləğin 50 min manatı kənd camaatı tərəfindən yığılıb. 350 min manatı isə Əməkdar artist Yusif Mustafayev tərəfindən ödənilib.

Tarix: 14 may 2024
Baxış: 109

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş