Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bakı Dövlət Universitetində iş var! - 136 vakansiya

Bakı Dövlət Universiteti (BDU) fakültə və kafedralarda boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edib.
BDU-dan Gender.az-a verilən məlumata görə, müsabiqəyə ümumilikdə 136 vəzifə çıxarılıb.
Qeyd olunub ki, onlardan biri dekan, 22-si kafedra müdiri, 113-ü professor, dosent, baş müəllim və müəllim vəzifəsidir.
Müsabiqədə iştirak etmək üçün sənədlər seçkinin elan olunduğu gündən Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na əsasən, 1 ay müddətində, 1996-cı 07 avqust tarixli 401 saylı “Ali təhsil müəssisələrində professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq 30 gün müddətində qəbul edilir.

Tarix: 10 may 2024
Baxış: 145

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş